İran QƏRAR verdi: “Türkiyəyə güzəşt olmayacaq”
Bizi izləyin

Dünya

İran QƏRAR verdi: “Türkiyəyə güzəşt olmayacaq”

Отображается файл İranın Milli Qaz Şirkəti (NIGC) Türkiyəyə 10-15 faiz arasında təbii qaz endirimi ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Publika.az xəbər verir ki, NIGC yaydığı açıqlamasında bu xəbəri təkzib edib.

Açıqlamada deyilir ki, İranın Milli Qaz Şirkəti Türkiyəyə təbii qaz ixracında heç bir güzəşt etməyəcək: “Biz təbii qazla bağlı indiki satış qiymətini qoruyacağıq. Bizim üçün indiki qiymətlər məqbuldur. İran və Türkiyə arasındakı əvvəlki razılaşma qüvvəsində qalır. Odur ki, bu proses məhkəmə səviyyəsində davam edəcək. Məhkəmə hələlik yekun qərar verməyib. Bundan öncə BOTAŞ ilə bizim şirkət arasında gedən məhkəmə ilə bağlı yekun qərar isə lehimizə olub”.

Xatırladaq ki, İranın Milli Qaz Şirkəti ilə Türkiyənin Boru Xətləri ilə Neft-Qaz Daşınması Şirkəti (BOTAŞ) arasında hazırda məhkəmə çəkişməsi gedir. Məhkəmə mübarizəsinə səbəb İranın Türkiyəyə satdığı təbii qazın qiymətində endirim etməməsidir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm