Ermənilər SOS verdi: “Məhv olacağıq”
Bizi izləyin

Dünya

Ermənilər SOS verdi: “Məhv olacağıq”

Metsamor və Ermənistanın digər bölgələrindən olan bir qrup şəxs BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (MAQATE) məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.

Şikayətdə Metsamor AES-in istismar müddətinin bitdiyi, saxta sənədlər hazırlanaraq istismar vaxtının qeyri-qanuni uzadıldığı, eyni zamanda, seysmik zonada yerləşən stansiyanın çevrəsində 5 tektonik çat olduğu bildirilərək, zəlzələ baş verərsə, Cənubi Qafqazın əksər hissəsində həyatın məhv olacağı vurğulanıb.

Eyni zamanda, bölgə əhalisi çatların 34, 16 kilometr və 500 metrlikdə olduğunu qeyd edərək BMT-dən təcili tədbir görməyi xahiş edib.

Bildirilir ki, təhlükə səbəbindən öz daimi yaşayış yerlərini tərk etməyə məcbur olan Metsamor sakinləri İrəvana, Abovyana və başqa yerlərə köçürlər:

“Bütün bunlarla yanaşı, radiasiya təhlükəsini bilən AES-in mütəxəssisləri heç bir səbəb göstərilmədən işdən azad olunurlar. Bu faktordan isə İran bacarıqla istifadə edir. Belə ki, mütəxəssislər İranın dəvəti ilə həmin ölkəyə gedir və Buşer AES-də, həmçinin, sərhədə yaxın ərazilərdəki AES-lərdə işə düzəlirlər”.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandan təxminən 40 kilometr qərbdə (Metsamor şəhərində) yerləşən bu stansiyanın tikintisinə 1973-cü ildə başlanılıb, 1979-cu ildə isə istismara verilib. Beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayan Ermənistan hökuməti təhlükəli AES-in istismarını hazırda da davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm