
Diyarbəkir vilayətinin Sur mahalında aparılan anti-terror əməliyyatları sona yaxınlaşmaq üzrədir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının liderləri və snayperlərin də aralarında olduğu 60-70 nəfərlik qrup Həsirli və Savaş məhəllələrində mühasirəyə alınıb.
Məlumata görə, məhəllələrdə tunellərlə bir-birinə bağlanılan 20 evi qərargah kimi istifadə edən terrorçular təhlükəsizlik güclərinə atəş açırlar. Təhlükəsizlik gücləri terrorçuları zərərsizləşdirmək üçün son əməliyyata hazırlaşır.
Ömər Dağlı