“Rusiya Almaniyanı zəbt edə bilər” – ŞOK İDDİA
Bizi izləyin

Dünya

“Rusiya Almaniyanı zəbt edə bilər” – ŞOK İDDİA

“Ukrayna və Rusiya arasında müharibə təhlükəsi 2015-ci ildə olduğundan daha yüksəkdir”.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

O vurğulayıb ki, Rusiya Donbas hövzəsində vəziyyətin nizama salınması haqqında Minsk razılaşmalarının heç bir bəndini yerinə yetirməyib: “Rusiya komandanlığı altında 8 min rus əsgəri bizim ölkəmizdədir. Ukrayna ilə sərhəddə hərbi mövqelər gücləndirilir, daim təlimlər həyata keçirilir. Rusiya müharibəyə ciddi hazırlaşır və biz buna görə heç bir izahat almırıq”.

Prezidentin fikrincə, Kiyevin Almaniyadan silah almaq istəyi onunla bağlıdır ki, söhbət Avropanın təhlükəsizliyindən gedir.

“Biz bilirik ki, Putin bizim sərhədlərimizi tanımır. Bu iddia, ehtimal ki, daha çox Avropaya yönəlib. Rusiya rusdilli azlığın xəyali diskriminasiyası bəhanəsi ilə başqa ölkələri də zəbt edə bilər. Almaniyada da rusdilli azlıq var”, - Poroşenko söyləyib.

Poroşenko bir neçə gün öncə bildirib ki, Konstitusiyaya dəyişikliklərinin bloklanması Ukraynanı Rusiya ilə tammiqyaslı müharibəyə aparır: “Minsk razılaşmaları və konstitusiya dəyişikliklərini nəyin bahasına olursa-olsun pozmağa çalışanlar bunun nəticələrini anlamağa məcburdurlar. Bu hərəkətlər münaqişənin qaynar mərhələsinin bərpasına, həmçinin Rusiya ilə tammiqyaslı müharibəyə gətirib çıxaracaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm