İŞİD türk əsgərlərinə hücum etdi
Bizi izləyin

Dünya

İŞİD türk əsgərlərinə hücum etdi

İŞİD terror təşkilatının döyüşçüləri sərhəddə minaları təmizləmək istəyən türk əsgərlərinə atəş açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantep vilayətinin Karkamış mahalının qarşısında olan İŞİD döyüşçülərinə cavab atəşi açılıb.

Qarşıdurmadan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerinə yaxın ərazidə yerləşən Karkamış bələdiyyəsi isə müvəqqəti boşaldılıb.

Qarşıdurma zamanı Suriyanın Cerablus şəhərindən atılan minaatan mərmisi isə mahalın mərkəzindəki Hitit bulvarına düşüb. Bulvardakı Ailə Sağlamlığı Mərkəzinın yaxınlığına düşən mərminin partlamaması ilə böyük faciənin qarşısı alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm