Odessa Rusiyanı təcavüzkar ölkə kimi tanıdı
Bizi izləyin

Dünya

Odessa Rusiyanı təcavüzkar ölkə kimi tanıdı

Ukraynanın Odessa şəhər soveti Rusiyanı təcavüzkar ölkə kimi tanıyıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, qərarı iclasda iştirak edən 61 deputatdan 45-i dəstəkləyib.

2015-ci ilin yanvarında Ukraynanın Ali Radası bəyanatla Rusiyanı “təcavüzkar ölkə” kimi tanıyıb. Kiyev hesab edir ki, Rusiya Ukraynanın daxili işlərinə qarışır və Donbas hövzəsində münaqişə tərəfidir.

Daha sonra analoji qərarı Kiyev şəhər şurası, Mariupol şəhər şurası və Poltava vilayət şurasında qəbul edilib. 2015-ci ilin sentyabr ayında məsələ Odessa şəhər sovetinin gündəliyinə salınıb. Lakin qərarı qəbul etmək mümkün olmayıb.

Qeyd edək ki, Odessa vilayətinə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rəhbərlik edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm