Vaşinqton ŞOKDA: 2017-ci ildə gözəgörünməz silah qalmayacaq
Bizi izləyin

Dünya

Vaşinqton ŞOKDA: 2017-ci ildə gözəgörünməz silah qalmayacaq

Rusiya beşinci nəsil S-500 zenit-raket sistemlərinin sınaqlarına hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik International” Rusiya dövlət xəbərlər agentliyi bildirib.

2016-cı ilin sonuna kimi S-500 sistemlərinin ilkin sınaqları seriyası keçiriləcək.

“Prometey” S-500 sistemlərinin öz gücü ilə S-400 zenit-raket sistemlərini əhəmiyyətli dərəcədə üstələyəcəyi gözlənilir. S-400-lər hazırda Suriyada Rusiya hərbçiləri tərəfindən istifadə olunur və Rusiyanın əksər hərbi dairələrinin silahlanmasına daxil edilib. S-400 sistemləri həmçinin Polşa ilə sərhəddə yerləşən Kalininqrad vilayətində yerləşdirilib.

“Antey-Almaz” Hava Hücumundan Müdafiə Konserni tərəfindən istehsal olunan S-500 2017-ci ildə silahlanmaya daxil ediləcək. Müdafiə sistemi Rusiyanın çoxsəviyyəli müdafiə sisteminin əsas elementi olacaq.

S-500 sistemi saniyədə 7 kilometrə qədər sürətlə hərəkət edən ona qədər səsdən surətli ballistik raketi vura biləcək. Sistemin hərəkət radiusu 600 kilometr təşkil edə bilər. S-500 185 kilometr hündürlükdəki hədəfləri vura biləcək. Beləliklə, sistem potensial olaraq yaxın kosmosdakı raketləri vurmağa qadirdir. Amerika ondan narahatdır ki, S-500 hətta F-22 və F-35 kimi gözəgörünməz qırıcılar üçün belə problemlər yarada bilər. Onların S-500 sistemlərini keçə bilməyəcəyi istisna edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm