Putinin əsl PLANI – Londondan ŞOK İDDİA - VİDEO
Bizi izləyin

Dünya

Putinin əsl PLANI – Londondan ŞOK İDDİA - VİDEO

“Rusiya Suriyada kiçik bir şiə dövləti yaratmağa planlaşdırır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İngiltərənin xarici işlər naziri Filipp Hammond deyib.

İngilis nazirin sözlərinə görə, Suriyada İŞİD-in əvəzinə müxalif güclərini bombalayan Rusiyanın məqsədi əslində başqadır: “Rusiya dövlət başçısı Bəşər Əsəd olacaq kiçik bir şiə dövləti qurmağa çalışır”.

Filipp Hammond Rusiya prezidenti Vladimir Putinin Suriyadakı vətəndaş müharibəsini çıxmaza apardığını deyib. Nazir qeyd edib ki, Rusiya müxalif qrupları bombalamaqla sülhün əldə edilməsini daha da çətinləşdirir.

“Rusiya həqiqətənmi sülh prosesinə bağlıdır? Yoxsa, bu sülh prosesini Suriyanın şimali-qərbində kiçik bir şiə dövlətinin qurulması və Əsədə hərbi qələbənin qazandırılması üçün örtük olaraq istifadə edir?” – Filipp Hammond vurğulayıb.

Hammondun bəyanatına Rusiyadan reaksiya gecikməyib. Rusiya Təhlükəsizlik Şurasının rəsmisi Evgeniy Lukyanov bunun axmaqlıq olduğunu deyib: “Suriyanın bölünməsi ssenarisini həyata keçirmək istəyənlər əslində digər ölkələrin nümayəndələridir. Biz Suriyanın bütövlüyünün təmin edilməsinin tərəfdarıyıq”.

Ömər Dağlı


İngiltere: Rusya, Suriye'de Küçük Bir Alevi... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm