Bağdadiyə ağır zərbə
Bizi izləyin

Dünya

Bağdadiyə ağır zərbə

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin qardaşı oğlu öldürülüb.

Publika.az “xarici mediaya istinadən xəbər verir ki, bu barədə “As-Sumariya” telekanalı bildirib.

Hadisə İraqın Anbar vilayətinin Ramadi şəhərinin ətrafında baş verib. Məlumata görə, İŞİD liderinin qardaşı oğlu Əbu Əhməd as-Samrai İraq Hərbi Hava Qüvvələrinin bombardmanları nəticəsində həlak olub.

Əbu Əhməd as-Samrai aviazərbələr zamanı şəriət məhkəməsinin yerləşdiyi binada olub. Məlumata görə, onunla birlikdə İŞİD-in daha 8 döyüşçüsü ölüb.

Dekabrın 28-də İraqın hökumət qoşunları Ramadinin tam azad edildiyini elan edib. Daha sonra Anbar vilayətinin valisi bildirib ki, şəhərin yalnız 80 faizi azad edilib. Onun sözlərinə görə, şəhərin şərq hissəsi indiyə kimi İŞİD-in nəzarəti altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm