SOS: Güney Azərbaycan əhalisi təhlükədə
Bizi izləyin

Dünya

SOS: Güney Azərbaycan əhalisi təhlükədə

Güney Azərbaycanın müxtəlif şəhərlərində tərəvəz məhsullarının əkin sahəsi çirkli sularla suvarılır.

Publika.az xəbər verir ki, şəhər kanalizasiya suyu ilə çirklənmiş sulardan kənd təsərrüfatı sahəsində istifadə etmək yerli əhalinin sağlamlığını təhlükə altında qoyub və bu bölgələrdə xərçəng, bağırsaq və parazitar xəstəliklərinin günü-gündən artdığına səbəb olur.

Valilik rəsmilərindən biri etiraf edib ki, Əhər, Heris, Binab və Mərənd şəhərlərinin əkin yerləri çirkli kanalizasiya suları ilə suvarılır. O bildirib ki, qanuna uyğun olaraq bütün şəhərlərdə bu sahəyə icra başçıları nəzarət etməli və problemi aradan qaldırmalıdırlar.

Məlumata görə, Güney Azərbaycan şəhərlərində Sağlamlıq Mərkəzi və Kənd Təsərrüfatı İdarəsi kimi səlahiyyətli orqanlar bu problemə qarşı heç bir tədbir almır.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm