Donbasda müharibənin bitəcəyi tarix AÇIQLANDI - PROQNOZ
Bizi izləyin

Dünya

Donbasda müharibənin bitəcəyi tarix AÇIQLANDI - PROQNOZ

“Donbas hövzəsində müharibə Putinin ölümünə qədər davam edəcək”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Donbas danışıqları üzrə üçtərəfli qrupda Ukraynanın nümayəndəsi Roman Bezsmertnıy “24” telekanalın efirində deyib.

Onun sözlərinə görə, Ukrayna, Avropa və bütün dünya münaqişənin həllinə yanaşmalarını dəyişdirməlidir: “Mən əminəm ki, bu münaqişəni Putin yandırır. O, sağ olduğu və hakimiyyətdə qaldığı müddətdə təzyiqi artıracaq. Və aydındır ki, bu məntiqi zəncir həmişə işləyəcək. Ukrayna, Avropa və dünya münaqişənin həllinə yanaşmalarını dəyişdirməlidir. Vəziyyət çox ciddidir. Suriya müharibəsində masanın arxasında Moskva ilə Vaşinqtonun olmasından sonra vəziyyət daha da kəskinləşib”.

Bundan başqa, diplomat əmindir ki, Minsk danışıqlarını davam etdirmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm