Təhqir olunan müğənni: “Buna görə utanmıram”
Bizi izləyin

Dünya

Təhqir olunan müğənni: “Buna görə utanmıram”

“Qala” qrupunun keçmiş üzvü Ceyhun Əliyevin geyimi sosial şəbəkələrdə tənqid hədəfi olub.

Publika.az xəbər verir ki, onu zövqsüzlükdə qınayıblar. Ceyhunun qarşı tərəfə cavabı daha sərt olub: “Instagram” dostlarıma hörmət edirəm. Amma mənə belə geyinmək xoşdur. Hər insanın həyatında çatışmayan nəsə var. Məsləhət istəyirəmsə, deməli, sizə dəyər verirəm, bunu təhqirlə mənə qaytarmayın! Bəzi məqamlarda, standartlardan kənara çıxmalıyıq. Geyimimə gəlincə, buna görə utanmıram. Ona görə utanıram ki, sosial şəbəkədə oturan gənc xanım və bəylər öz fikrini mədəni çatdıra bilmir, insanı təhqir edirlər. Məni bəyənmirsənsə, diqqətin məndə olmasın. Ətrafımda məni qıcıqlandıran o qədər insan var ki, gedib onları söyüb, təhqir etməliyəm? Mən də insanam. Xanım adı ilə sosial şəbəkədə heç vaxt kiməsə təhqir yazmaram. Məncə, mentalitetimizi belə məqamlarda qorumaq daha məqsədəuyğundur. Bəzi kişilər “Instagram”da qadın adı ilə tüğyan edir. Kim nə edir, özü bilər. Əgər tənqid edirsənsə, məntiqlə et ki, qarşındakı nəticə çıxarsın".

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm