Bərzani meydan oxudu: “Bunun üçün ən doğru zamandır” - VİDEO
Bizi izləyin

Dünya

Bərzani meydan oxudu: “Bunun üçün ən doğru zamandır” - VİDEO

“Kürd milləti müstəqil dövləti qurmaq üçün kimsədən icazə istəməyəcək”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani deyib.

Kürd lider müstəqillik üçün referendum keçirilməsinin ən təbii haqları olduğunu söyləyib.

“Hər millətin öz gələcəyini müəyyən etmə haqqı var. Kürdlərin özləri buna cəhd etməsələr, başqaları da heç bir zaman onların bu haqqını tanımayacaq. Son günlər bəzi tərəflər müstəqilliyə hazır olmadığımızı söyləyir. Ancaq bilməlidirlər ki, kürd millətinin öz taleyini müəyyən etməsi üçün ən doğru zamandır. Vətəninə sadiq hər kürdüstanlı bu tarixi qərarın arxasında dayanmalı və bizlərə dəstək olmalıdır”, - kürd muxtariyyətinin lideri bildirib.

Bərzaninin sözlərinə görə, kürdlər bu bölgədə və dünyada inkar edilə biləcək bir millət deyil: “Bu həqiqət inkar edildiyi müddətdə bölgədə sülh və dinclikdən söhbət gedə bilməz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm