“Əl-Qaidə”nin sirri AÇILDI: 11 sentyabr hücumunu...
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin sirri AÇILDI: 11 sentyabr hücumunu...

"Əl-Qaidə” terror təşkilatının keçmiş başçısı Üsamə Bin Laden 11 sentyabr 2001-ci il hücumunu hadisədən iki il əvvəl baş vermiş təyyarə qəzasından sonra planlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə terror qruplaşmasının jurnalına istinadən “The Independent” nəşri yazıb.

Nəşr xatırladır ki, “EgyptAir” şirkətinə məxsus olan və Los-Ancelesdən Qahirəyə uçan təyyarə 1999-cu ilin oktyabrında Atlantik okeanının üzərində qəzaya uğrayıb. Qəzaya görə məsuliyyəti 59 yaşlı Misir pilotu Qamilya al-Batutinin üzərinə qoyublar. Müəyyən edilib ki, pilot layneri qəsdən qəzaya uğradıb. Qəza nəticəsində əksəriyyəti amerikalılar olan 217 nəfər həyatını itirib.

Bu xəbəri eşidən Bin Laden “Niyə o təyyarə hər hansı binanı vurmayıb” deyə soruşub. “Əl-Qaidə”nin jurnalı iddia edir ki, Laden həmin vaxtdan 11 sentyabr terror aktını hazırlamağa başlayıb.

Qeyd edək ki, 11 sentyabr 2001-ci il terror hücumunu həyata keçirməkdə ittiham olunan “Əl-Qaidə” lideri 2 may 2011-ci idə Amerika xüsusi təyinatlıların gizli əməliyyatı ilə Pakistanın Abbottabad şəhərində öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm