• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Türkiyə Rusiya təyyarələrinin uçuşuna icazə vermədi

  • Dünya
  • 4 Fevral 2016 00:39
  • 1 003 Baxış
Türkiyə Rusiya təyyarələrinin uçuşuna icazə vermədi

Türkiyənin hərbi dairələri Rusiya qırıcılarının Suriya sərhədində müşahidə uçuşları həyata keçirməsinə icazə verməyib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin sədri Sergey Rıjkov deyib.

“Açıq Səma” beynəlxalq sazişinə uyğun olaraq 1-5 fevral tarixlərində Rusiyanın An-30B müşahidə təyyarələri Türkiyə səmasında müşahidə uçuşları həyata keçirməli idi. Daha əvvəl Türkiyə tərəfi bununla bağlı heç bir məhdudiyyət tətbiq etməmişdi. Lakin bizim nümayəndələrimiz uçuşların ərazisini açıqladıqdan sonra Türkiyə Xarici İşlər Nazirliyinin təlimatı əsasında bu plan ləğv edildi. Bununla da “Açıq Səma” razılaşmasının qaydaları pozuldu və təhlükəli əmsal ortaya çıxdı. Bu məsələni diqqətdə saxlayacağıq”, -Rıjkov bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR