Lavrov: “Qələbəyə kimi davam edəcək!”
Bizi izləyin

Dünya

Lavrov: “Qələbəyə kimi davam edəcək!”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Suriyada həyata keçirdiyi əməliyyatların başa çatacağı müddəti açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Lavrov terrorçular üzərində tam qələbə qazanana kimi Suriyadakı hərbi əməliyyatların davam edəcəyini söyləyib.

Suriya müxalifətinin Cenevrə sülh danışıqlarında irəli sürdüyü şərtlərə gəlincə, Lavrov əməliyyatların dayandırılması üçün heç bir səbəb görmədiyini deyib.

Lavrov bildirib ki, Suriyada atəşkəsin təmin edilməsi üçün ən əhəmiyyətli şərtlərdən biri hazırda terrorçuların “bəslənilməsində” əhəmiyyətli rol oynayan Suriya-Türkiyə sərhədi üzərində nəzarətin təmin edilməsidir. Onun sözlərinə görə, bu problem həll ediləcəyi halda atəşkəs rejimi işə yarayacaq.

Qeyd edək ki, Suriya müxalifəti Cenevrə danışıqlarında üç şərtlə çıxış edib. Bunlar məhbusların azad edilməsi, mühasirələrin aradan qaldırılması və müxalifətə qarşı həyata keçirilən əməliyyatların dayandırılmasıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm