
Suriyanın Türkiyə ilə sərhəddə - Türkməndağı bölgəsində müxalif qruplaşmalar rus və suriyalı hərbçilərin toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini öldürüb.
Qaziler.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.
Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.
Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.
Öldürülən suriyalı generalların adlarının isə Amid Munzur, Əli Cabir, Əli Umran və Adnan olduğu bildirilir.