İŞİD-ə görə “Berlin divarı” tikəcəklər
Bizi izləyin

Dünya

İŞİD-ə görə “Berlin divarı” tikəcəklər

İraq silahlı qüvvələri İŞİD terror qruplaşmasının hücumlarından müdafiə üçün Bağdadın ətrafında beton divarın tikintisinə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq ordusunun general-leytenantı Abdul Ameer al-Şammariyə istinadən “Al Arabiya” telekanalı bildirib.

Onun sözlərinə görə, divar Bağdadı hər tərəfdən əhatə edəcək. “Bu baryer terrorçulara paytaxta daxil olmağa və ya bura partlayıcı maddələri daşımağa, həmçinin partlayıcı maddələrlə yüklənilən avtomobillərlə şəhərə girərək dinc sakinləri öldürməyə imkan verməyəcək “, - o, bildirib.

Qeyd edək ki, son zamanlar Bağdadda İŞİD-in hücumları artıb. Yanvar ayının ortalarında İŞİD əvvəlcə minalanmış avtomobili partladıb, daha sonra isə ticarət mərkəzində atışma təşkil ediblər. Nəticədə ən azı 18 nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm