Avropa Türkiyəyə yardım paketini təsdiqlədi
Bizi izləyin

Dünya

Avropa Türkiyəyə yardım paketini təsdiqlədi

Avropa Birliyi qaçqınlar üçün Türkiyəyə ödəniləcək 3 milyard avroluq yardım paketini təsdiqləyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yardım paketi quruma üzv 28 ölkənin razılığı ilə təsdiqlənib.

Avropa Birliyi Türkiyəyə ediləcək 3 milyard avro ilə Avropaya gələn miqrantların sayını azaltmaq istəyir. İkinci Dünya Müharibəsindən bu yana ən ciddi miqrant böhranını yaşayan Avropa ölkələri bu maddi yardım qarşılığında miqrantların Türkiyədə qalacağına ümid edir.

Yardım paketinin 1 milyard avrosu Avropa Birliyinin büdcəsindən veriləcək, digər 2 milyard avro isə üzv ölkələrin dəstəyi ilə toplanılacaq. Məlumata görə, İtaliya 225, Almaniya 428, Fransa isə 309 milyon avro verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm