Ruslar Suriyanın xarabalığını göstərdilər - VİDEO
Bizi izləyin

Dünya

Ruslar Suriyanın xarabalığını göstərdilər - VİDEO

Kremlə yaxın “RussiaWork.ru” saytı Suriyada dronla (pilotsuz uçuş aparatı) çəkilən videonu yayımlayıb.

Publika.az xəbər verir ki, videoda Bəşər Əsəd rejiminin bombardmanları altında xarabalığa çevrilən Xüms şəhərindən görüntülər yer alıb.

Görüntülərdə 5 illik vətəndaş müharibəsinin dəhşətləri açıq şəkildə görünür. Müharibədən əvvəl 1 milyon insan yaşayan və Suriyanın üçüncü böyük şəhəri olan Xüms hazırda tərk edilmiş bir yaşayış məntəqəsidir.

Xüms 2011-ci ildə müxalifətin inqilab mərkəzi idi. “RussiaWorks” görüntülərin nə vaxt çəkildiyini açıqlamayıb. Aleksandr Puşinin başçılıq etdiyi sayt dron görüntüləri üzrə ixtisaslaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm