
Almaniyanın Mayns şəhərində “Rosenmontag” (“Çəhrayı bazar ertəsi”) karnavalı təşkil ediləcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünya liderlərinin heykəlləri karnavalda xüsusi diqqət çəkib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəli isə karnavalın ziyarətçiləri arasında xüsusi maraq oyadıb. Karikatura heykəlində Avropa Birliyini təmsil edən bir xarakter Ərdoğanın ayağını öpür. Heykəldə Avropa Birliyinin immiqrant böhranı ilə əlaqədar Türkiyəyə güzəştlərə getdiyi təsvir olunub.
Fevralın 8-də başlayacaq olan karnaval üçün Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və digər dünya liderlərinin karikatura heykəlləri hazırlanıb.