Onlardan 18-i Türkiyədədir – itkilərin ŞOK SƏBƏBİ- VİDEO
Bizi izləyin

Dünya

Onlardan 18-i Türkiyədədir – itkilərin ŞOK SƏBƏBİ- VİDEO

Türkiyə yalnız bir terror təşkilatı ilə mübarizə aparmır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis və əsgərləri şəhid edən terrorçuların üzərindən çıxan silahların modelləri ölkənin əslində PKK-nın arxasında dayanan xarici güclərlə vuruşduğunu göstərir.

Türkiyənin çoxlu sayda şəhid verməsinə səbəb olan silah isə ABŞ istehsalı olan “Zagros” silahıdır. PKK-nın Suriyadakı qolu olan PYD İŞİD terror təşkilatı ilə mübarizə adı altında ABŞ-dan silah yardımı alır. PYD bu silahların bir hissəsini PKK terrorçularına göndərir. PKK-nın əlindəki ən təhlükəli silah isə “Zagros”dur.

ABŞ ordusunun xüsusi təyinatlıları tərəfindən geniş şəkildə istifadə edilən bu silahlar zirehi deşə bilir və güllələri uranla zənginləşdirilib. Bu silahlar ballistik güllə də ata bilir. Onun gülləsi ilə hətta vertolyotu düşürmək mümkündür.

Uyğun hava şərtlərində 4 kilometr məsafəyə qədər təsirli olan “Zagros”lar ABŞ tərəfindən PYD-yə verilib və bu silahlardan 18-nin Türkiyəyə gətirildiyi müəyyənləşdirilib. Darağı olmayan silahla hər dəfə bir güllə atmaq mümkündür. Son həftələrdə şəhid olanların əksəriyyətinin bu silahdan çıxan güllələrin qurbanı olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm