Nazarbayev rus yerişindən imtina etdi
Bizi izləyin

Dünya

Nazarbayev rus yerişindən imtina etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev respublikanın silahlı qüvvələrində indiyə kimi mövcud olan sıra yerişinin ləğvi barədə fərmanı imzalayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısının fərmanı ilə sıra nizamnaməsinə növbəti dəyişikliklər daxil edilib.

Yeni dəyişikliklərə əsasən hərəkət dəqiqəyə 95-105 addım templə həyata keçirilməli, addımlar arasındakı məsafə 60-70 santimetr olmalı və ayaq torpaqdan 10-15 santimetr yuxarı qaldırılmalıdır.

Sıra yerişi ilə bağlı dəyişikliklər daha əvvəl Ukraynada təklif edilib. 2009-cu ildə ölkə prezidenti Viktor Yuşenkonun tapşırığı Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahına milli marşı hazırlamağa imkan verib. Dövlət başçısı Ukrayna ordusunda hələ SSRİ vaxtlarından qalmış sıra yerişindən narazı idi.

2008-ci ildən Estoniya silahlı qüvvələrində rus və sovet ordularında istifadə olunan sıra yerişindən imtina olunub və hərbçilər II Dünya Müharibəsinə qədər orduda tətbiq olunan qaydalara qayıdıblar. Post-sovet respublikalarında qəbul edilmiş nizamnamələrə əsasən sıra yerişinin tempi bir dəqiqəyə 110-120 addım müəyyən edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm