Kreml üçün SOS: Avropa Krımla bağlı qətnamə qəbul edir
Bizi izləyin

Dünya

Kreml üçün SOS: Avropa Krımla bağlı qətnamə qəbul edir

Avropa Parlamenti Krım üzrə genişmiqyaslı qətnamə qəbul edəcək.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, qətnamədə Rusiyadan Ukraynadan qoşunları çıxarmaq, Krımı qaytarmaq və yarımadada insan hüquqlarına riayət etmək tələb edilir.

Məlumata görə, Avropa Parlamentinin əsas siyasi gücləri qətnamənin yekun mətni üzrə öz təkliflərini açıqlayıb. Qətnamədə Krım sakinlərinə qarşı görünməmiş təzyiqlərin edildiyi, Krım tatarlarının hüquqlarının və söz azadlığının pozulduğu bildirilib.

Bundan başqa, qətnamədə Rusiyaya qarşı sanksiyaların növbəti paketinin hazırlanması xahişi ilə Avropa Birliyinin Məsləhət Şurasına müraciət yer alıb.

Qətnamənin bu gün qəbul ediləcəyi gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm