SSRİ çekistləri onu... – Vanqa haqda ŞOK FAKTLAR – FOTOLAR
Bizi izləyin

Dünya

SSRİ çekistləri onu... – Vanqa haqda ŞOK FAKTLAR – FOTOLAR

Bolqar görücü, dünyanı öz iddiaları ilə heyran etmiş Vanqanın bir sıra proqnozlarının dəqiq çıxması, öncəgörmələrinin dəfələrlə özünü doğrutlması bu qadının proqnozlarının onun ölümündən sonra da geniş müzakirə edilməsinə yol açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Vanqa ilə görüşmüş bir sıra şair və yazıçılar, siyasətçilər, çekistlər, prezident köməkçiləri illər sonra görücü ilə bağlı maraqlı fikirlər səsləndirməyə başlayıblar.

“1976-cı ildə Vanqanın qəbuluna 102 min insan düşmüşdü”

"Komsomolskaya Pravda"nın bolqar əsilli jurnalisti, Vanqanın həyatı barədə araşdırma aparmış Olqa Əl-Əhməd deyir ki, Vanqa kor olsa da “görə" bilirdi: “O, anamın, bolqar şairlərinin, Vanqeliyanın həyatını xilas etdi.

Anam Vanqanın qəbuluna düşdü. Kor qadın onun bədənində iynə olduğunu dedi. Bildirdi ki, həmin iynə anamın onurğasından bir neçə santimetr məsafədədir.

Vanqa anama həkimlərə üz tutmağı məsləhət gördü. Anam xəstəxanaya getdi və həkimlər iynəni əməliyyat yolu ilə Vanqanın təxmin etdiyi yerdən çıxardılar”.

Bolqar jurnalist bildirib ki, Vanqa ilə təkcə onun xalqı deyil, bütün dünya maraqlanırdı: “Təkcə bir faktı qeyd etmək yerinə düşür ki, yalnız 1976-cı ildə onun qəbuluna 102 min insan düşmüşdü! Onların arasında Rusiyadan olan artistlər, siyasətçilər də vardı”. Rusiyanın gələcək prezidenti Boris Yeltsin də Vanqanın öncəgörmələri ilə maraqlanmışdı. “Boris Yeltsin şəxsən özü Vanqanın qəbuluna düşməmişdi” – deyə Yeltsinin keçmiş mətbuat katibi Sergey Medvedyev etiraf edib: “Görücünün ona deyiləsi sözləri vardı. Lakin Yeltsin Vanqanın proqnozlarına şübhəylə yanaşırdı. Buna görə də kor qadının qəbuluna özüm getməli oldum. Özü də Yeltsinin saatı ilə.

İnsanlar məni onun evində gördükdə əhatəyə aldılar. Vanqa şəxsən Yeltsini görmək istəyirdi.

Proqnozları Yeltsinə çatdırmaq üçün Vanqayla etdiyim söhbətləri diktofona yazırdım.

Vanqa Yeltsinin seçkilərdə qələbə qazanacağını dedi. Bununla yanaşı, əlavə etdi ki, Borisin ürəyində ciddi problem var.

Yeltsin isə bunu gizlədirdi. Sonradan Yeltsin ürəyindən infarkt keçirəndə məlum oldu ki, doğrudan da, onun ürəyində problemlər varmış.

“Bolqarıstan çekistləri onu izləyirdi”

Yazıçı Yuri Vorobevski isə hesab edir ki, Vanqa ruhi xəstə olub: “Bunu mən demirəm, onu yaxından tanıyanlar deyir. Onu tanıyanların sözləri Vanqada psixi pozğunluğun olması haqqında danışırlar”.

Psxioloq Yuri Qornıyın iddiasına görə, 90-cı illərdə Vanqanın xidmətlərindən Bolqarıstanın xüsusi xidmət orqanlarının əməkdaşları da gen-bol istifadə edirdilər. Elə məhz onlar Vanqanın bir sıra sirlərini açıblar. Vanqa da öz növbəsində bir sıra sirlərin açılmasında çekistlərə köməklik göstərib.

Bolqarıstanın xüsusi xidmət orqanlarının əməkdaşları gələcəkdən xəbər verən qadının qəbuluna düşmək üçün bu ölkəyə gələn qonaqları, o cümlədən siyasətçiləri, turistləri izləyir, onlar haqqında məlumatları toplayır, bununla da xarici dövlətlərin gələcək maraqları haqda zəruri informasiyalara malik olurdular.

Bu işdə taksi sürcülərinin və otel işçilərinin də xidmətlərindən istifadə edilib.

Lakin faktlar göstərir ki, Bolqarıstanın xüsusi xidmət orqanının əməkdaşları fəaliyyətsizlikləri ilə seçilirdilər. Məsələn, Bolqarıstanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Todor Jivkov 3 dostunun 50 il əvvəl qətlə yetirilməsini ilk dəfə Vanqadan eşitmişdi. Buradan belə çıxır ki, ölkədə həmin qətllər haqda heç kimin məlumatı yox imiş və Todor Jivkov bu barədə məlumatı ilk dəfə falçı qadından eşidib. Halbuki bolqar çekistlərdən biri öldürülmüş şəxslərin fotolarını arxivdə gördüyünü boynuna almışdı.

“Mən Vanqanın yanına özüm gedə bilmirdim. Ona görə də bunu iki jurnalistdən xahiş etdim” – deyə Aleksandr Bovin bildirir. O iddia edir ki, Vanqanın siyasi proqnozlarını çekistlər hazırlayırdı.

Vanqa jurnalist, politoloq və diplomat Aleksandr Bovinə SSRİ-nin Çiliyə qoşun yeridəcəyini qabaqcadan xəbər vermişdi. Lakin görücü qadının bu proqnozları doğru çıxmadı. Ona görə ki, Bolqarıstanın xüsusi xidmət orqanları bununla bağlı yanlışlığa yol vermişdi. Bu yanlış xəbəri də Vanqaya onlar ötürmüşdülər.

Fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının üzvü, komissiya sədri Yevgeni Aleksandrov bildirir ki, Vanqa dövlət səviyyəsində fırıldaqçılıqla məşğul olub: “O, qaraçı falçıları kimi işləyirdi. Məsələn, onun sizə nəsə deməsi ilk reaksiyanızdan asılı idi. Vanqa sizin onun proqnozuna reaksiyanızdan sonra proqnozlarının oriyentasiyasını dəyişirdi”.

“Bizə dedi ki, sayınız 40 yox, 100 nəfərdir”

Aktrisa Alla Demidova da bu fikirdədir ki, Vanqa qaraçı falçıları kimi işləyirmiş. Aktrisanın fikrincə, Vısotski kimi, Vanqadan da mif düzəldiblər. Maraqlıdır ki, Alla özü də Vanqanın ona dediklərinin düz çıxdığını etiraf edir: “Mən Bolqarıstan Kommunist partiyasının Mərkəzi Komitəsinin baş katibi Todor Jivkovun köməyi ilə Vanqanın qəbuluna düşdüm. Katib referentlərə səfəri təşkil etməyi tapşırmışdı.

Gecə mənə yastığın altında qənd qoymağı tapşırdılar. Belə də etdim. Səhər biz Vanqanın yayda yaşadığı Petriç şəhərinə yola düşdük. O, eyvanda əyləşmişdi. Yanındakı uşaqlı qadınlar kor qadını əhatəyə almışdılar.

Özümü narahat hiss edirdim. Düşünürdüm ki, məgər bunlar mənə lazım idi? Lakin gec idi. Vanqa qənd parçasını əlimdən alıb soruşdu ki, atam sağdırmı? İşarəylə cavab verdim. Vanqa bundan sonra atamın İvan adlı qardaşının olub-olmamasını soruşdu. Onun öldüyünü dedim.

Vanqa daha sonra məni hərbi formada gördüyünü dedi. Qadın məni "Qalxan və qılınc" filmində Angelikanın kostyumunda təsvir edirdi.

Ona dedim ki, bu, roldur. Vanqa aktrisa olduğumu bilmirdi. Buna görə soruşdu ki, sən burada nə işlə məşğulsan?

Qadına teatr kollektivimizlə birlikdə, təxminən 40 nəfərlə qastrol səfərinə gəldiyimizi dedim. “Vanqa isə dedi ki, sayımız 40 yox, 100-ə yaxındır. Hesabladıq, sayımız doğrudan da 100-ə yaxın idi”.

SSRİ generalı: “Vanqanın proqnozlarının 70 faizi düz çıxdı”

Daha bir maraqlı fakt: 1989-cu ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı yanında məxfi analitik idarəetmə qurumu yaradıldı. Qurumun üzvləri hərbi ekstrasensliklə məşğul olurdular. Ona rəhbərliyi isə general-leytenant, texniki və fəlsəfə elmləri doktoru Aleksey Savin həyata keçirirdi. General bildirib ki, Vanqanın imkanlarını tədqiq etmək təklifini onlara Natalya Bextereva irəli sürüb: “Biz Moskvada Varşava Müqaviləsi Təşkilatının birləşdirilmiş silahlı qüvvələrinin qərargahındakı həmkarlarımıza bolqar hərbçiləriylə əlaqə saxlamağı və onlara gələcəyi görən qadınla tədqiqat işini keçirməyi xahiş etdik.

İdarəmizdəki insanların şəxsi və işçi xarakteristikaları, həmçinin onların idarə etdikləri avtomobillərin olduğu yeri, maşınların nömrələrini yazıb göndərdik. Bolqar zabiti Vanqaya suallarımızı çatdırırdı. Onun cavablarını isə maqnitofona yazırdı.

Biz Vanqanın söylədiklərinin nə qədər dəqiq olacağını yoxladıq. Proses təxminən 8 ay davam etdi. Vanqanın proqnozlarının dəqiqlik faizi yüksək idi - ən azı 70 faiz. Amma Vanqa axtardığımız casusların yerlərini müəyyənləşdirə bilmədi”.

“Dedi ki, Filip Kirkorovun əlində dəmir çubuq görürəm”

Sovet şairi Yevgeni Yevtuşenko da Vanqanın köməyindən istifadə etdiyini bildirib: “Mən onun qəbuluna həyatımın ağır günlərində gəldim. Uşağım xəstə idi. Vanqa mənə bir neçə məsləhət verdi. Təəssüf ki, hər məsləhət kömək edə bilmir".

Bedros Kirkorov isə Vanqanın xidmətindən istifadə etməsini belə xatırlayır: “Vanqa dedi ki, sizin oğlunuz var. Mən onu yüksəklikdə - dağ başında, əlində isə metal çubuq görürəm. Düşündüm ki, Filip böyüyəndə dirijor olacaq. Sən demə, Vanqa musiqi olimpini nəzərdə tuturmuş. Onun nəzərdə tutduğu çubuq isə mikrofon imiş.

Vanqanın dünya şöhrətli “Ştirlis”ə - Vyaçeslav Tixonova dediyi sözlər də maraq doğurur. Kor qadın qəbuluna düşmüş aktyora "Niyə ən yaxşı dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? Axı Qaqarin son uçuşundan əvvəl sənin evinə gəlmişdi və özünün vaxtının olmadığını deyərək, zəngli saat almağı, onu yazı masasında saxlamağı xahiş etmişdi.

Qaqarin istəyirdi ki, zəngli saat onu sənə xatırlatsın”. Tixonov və Qaqarin həqiqətən də ən yaxın dost idilər. Aktyor dostun ölümündən elə narahat olmuşdu ki, zəngli saatı almağı tamamilə unutmuşdu.

“Vanqa mənə gələcəkdə baş verəcək hadisəni olduqca dəqiq şəkildə proqnozlaşdırdı” – deyə Sergey Mixalkov bildirib: “O, mənə dedi ki, Moskvaya qayıtdıqda SSRİ rəhbəri Leonid Brejnevlə şəxsən görüşəcəksən. Sənin böyük oğlun əcnəbi vətəndaşla evlənib, ölkəni tərk edəcək. Hətta xaricdə filmə də çəkiləcək. Bolqarıstandan qayıdanda dövlət başçısıyla görüşdüm. Bir il sonra – 1980-ci ildə oğlum Andrey Hollivudda filmə çəkildi”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm