Davudoğlu: “Yetmiş min nəfər Türkiyəyə yola çıxıb”
Bizi izləyin

Dünya

Davudoğlu: “Yetmiş min nəfər Türkiyəyə yola çıxıb”

İngiltərənin paytaxtı Londonda təşkil edilən Suriyanın Donorları Konfransında iştirak edən Türkiyənin baş naziri Əhməd Davudoğlu yeni bir köç dalğasından xəbər verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir bombalanan Hələbdən 70 min nəfərin Türkiyəyə doğru yola çıxdığını deyib.

Əhməd Davudoğlu Hələbə edilən hücumlarla əlaqədar 10 min suriyalının Kilis sərhəd-keçid məntəqəsinin qarşısında Türkiyəyə keçmək üçün gözlədiyini söyləyib. Türkiyənin baş naziri ölkəsinin 2,5 milyon suriyalı qaçqına ev sahibliyi etdiyini, yalnız qaçqın düşərgələrindəki suriyalılar üçün 10 milyard dolların xərcləndiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm