Türkiyə Suriyaya hücuma hazırlaşır - İDDİA
Bizi izləyin

Dünya

Türkiyə Suriyaya hücuma hazırlaşır - İDDİA

“Türkiyə-Suriya sərhədində baş verənlər Türkiyənin Suriyaya müdaxiləyə hazırlaşdığını deməyə əsas verir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyaya müdaxilə üçün intensiv hazırlıq görür.

“Ankaranın düşünməsi qeyri-peşəkardır ki, Rusiya müşahidəçilərinin uçuşuna qadağa qoymaqla Suriya ilə sərhəddə baş verənləri gizlətmək mümkün olacaq. Biz suveren dövlətin ərazisinə hərbi müdaxilə üçün Türkiyənin intensiv hazırlığından şübhələnmək üçün ciddi əsaslara malikik”, - Konaşenkov jurnalistlərə bildirib.

Qeyd edək ki, Açıq Hava Məkanı Müqaviləsi çərçivəsində 1-5 fevral tarixləri arasında Rusiyanın An-30B təyyarəsi Türkiyə üzərində müşahidə uçuşları həyata keçirməli idi. Lakin Ankara uçuşların həyata keçirilməsinə icazə verməyib.

Rusiya Müdafiə Nazirliyi Türkiyənin bu hərəkətinin cavabsız qalmayacağını açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm