• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Amerikanın ən yeni qırıcısı “defekt” çıxdı

  • Dünya
  • 4 Fevral 2016 22:29
  • 1 230 Baxış
Amerikanın ən yeni qırıcısı “defekt” çıxdı

“Amerikanın ən yeni qırıcı-bombardmançısı olan F-35-dəki bir sıra texniki problemləri həll etmək hələ mümkün olmayıb”.

Publika.az xəbər verir ki, bu barədə Qərb KİV-i ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məruzəsinə istinadən bildirib.

Problemlərdən biri katapultla tullama sistemi ilə bağlıdır. Əgər pilotun çəkisi 62 kiloqramdan az olarsa, texniki problem onun həyatına son qoya bilər.

Yoxlamalar həmçinin göstərib ki, qırıcının dəniz piyada qoşunu üçün hazırlanan modifikasiyasında da qüsurlar mövcuddur və döyüş imkanları məhdudlaşdırılıb. KİV-in xəbərlərində həmçinin qeyd edilir ki, bu məruzə F-35-lərin proqram təminatındakı problemlər və texniki nasazlıqlarının tənqid edildiyi ilk məruzə deyil. Bundan başqa, ABŞ-da layihənin ekstremal yüksək qiyməti ciddi müzakirə edilir.

Qırıcı-bombardmançıların istehsalçısı Lockheed Martin” şirkətidir. İstehsalçılar təyyarənin sonrakı modifikasiyalarının daha etibarlı olması üçün onun təkmilləşdirilməsi üzərində işləri davam edirlər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR