Obamadan neftlə bağlı TƏKLİF
Bizi izləyin

Dünya

Obamadan neftlə bağlı TƏKLİF

ABŞ Prezidenti Barak Obama 2017-ci il büdcəsində neftin bir barrelinə görə 10 dollar vergi tətbiq olunmasını təklif edəcək.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu vəsaitdən ekoloji təşəbbüs və infrastruktur tikintilərinin maliyyələşdirilməsində istifadə olunacaq.

Ağ Evin yaydığı məlumata görə, vergini neft şirkətlərinin ödəyəcəyi ehtimal edilir. Digər yığımlar isə şəhər nəqliyyatı və yüksək sürətli dəmir yol magistrallarının tikintisinə, robotlaşdırılmış avtomobillərin tətbiqinə istifadə olunacaq.

Qeyd edək ki, Konqresin bu təklifi rədd edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən ilin sonunda ABŞ prezidenti ölkədən neft ixracı qadağasını ləğv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm