Səudiyyə qadınlara ora getməyi qadağan etdi
Bizi izləyin

Dünya

Səudiyyə qadınlara ora getməyi qadağan etdi

Səudiyyə Ərəbistanı hökuməti qadınlara paytaxt Ər-Riyadda “Starbaks” şəbəkəsinin kafelərindən birinə getməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” nəşri bildirib.

Qadağanın səbəbi kafedə qadınları kişilərdən ayıran divarın olmaması ilə bağlıdır. Müəssisənin əməkdaşları bildiriblər ki, divar ziyarətçilərin pik axını vaxtı yıxılıb. Hökumət şəriət qaydalarının pozulmasına imkan verməmək üçün qadınların müəssisəyə daxil olmasını qadağan edib.

Buna görə də qadağanın müvəqqəti xarakter daşıdığı bildirilir. Divar bərpa olunan kimi qadağa da aradan qaldırılacaq.

“Starbaks”ın Səudiyyə üzrə bölməsinin rəhbərliyi iki həftə ərzində konstruksiyanı bərpa etməyə söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm