Suriya qaçqınları üçün 10 milyard dollar yığıldı
Bizi izləyin

Dünya

Suriya qaçqınları üçün 10 milyard dollar yığıldı

Londonda keçirilən konfransda Suriya üçün 10 milyard dollardan çox yardım toplanıb.

Publika.az xəbər verir ki, BMT-nin baş katibi Pan Ki-Mun bunu alqışlayıb. O bildirib ki, beynəlxalq aləm heç vaxt 1 günə bu qədər vəsait toplamayıb.

Böyük Britaniya Suriya qaçqınlarına yardım üçün 2020-ci ilədək 1 milyar 750 min, Almaniya 2018-ci ilədək 2 milyard 500 milyon vəsait ayırıb.

ABŞ isə 900 milyon dollar ayrımaqla ümumilikdə bu ölkəyə yardımını 5 milyard 100 minə çatdırıb.

Amma Rusiya bildirib ki, Suriya hökumətinin iştirakı olmadan Suriyaya yardımın müzakirəsi çətin olacaq.

Fevralın 4-də Londonda Suriya ilə bağlı konfrans keçirilib.

Məqsəd 5 illik münaqişədən zərər çəkənlər üçün 9 milyard dollar toplamaqdır.

Konfransda 70-dək dünya lideri qatılıb.

Suriya müharibəsində azı 250 min adam ölüb.

BMT-nin rəhbərliyi ilə Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında keçirilən sülh danışıqları isə dayandırılıb.Danışıqlar fevralın 25-də bərpa olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm