İsrail Həmasın "dörd təkərli” tankını lağa qoydu - VİDEO
Bizi izləyin

Dünya

İsrail Həmasın "dörd təkərli” tankını lağa qoydu - VİDEO

Fələstinin Həmas təşkilatının yanvar ayında İsrail ordusundan ələ keçirdiyi “dörd təkərli” tank sosial mediada günün mövzusu olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tank ötən həftə təşkil edilən bir cənazə mərasimində nümayiş olunub.

Ancaq tankın dəyişdirilmiş formasının fotoşəkillərini araşdıran İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü Ofir Gendelman Həmasın gözdən qaçırdığı bir detalı fərq edib. Tankın digər tanklardan fərqli olaraq təkərləri var idi.

“Həmas İsrail ordusundan ələ keçirdiyi və təmir etdiyi bir tankı nümayiş etdirib. Bildiyimizə görə, tanklar taxtadan hazırlanmır və təkərlərin üzərində hərəkət etmir”, - Gendelman “Twitter”də yazıb.

Bu mesajdan sonra israilli sosial şəbəkə istifadəçiləri Gendelmanı dəstəkləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm