Davudoğlunun maşınının yolunda partlayış: yaralanan var
Bizi izləyin

Dünya

Davudoğlunun maşınının yolunda partlayış: yaralanan var

Türkiyənin baş naziri Əhməd Davudoğlunun kortejinin yolunda partlayış olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə A. Davudoğlunun Mardin ziyarəti zamanı keçəcəyi Cümhuriyyət Meydanında baş verib.

Meydanın önündə olan bankın qarşısına kustar üsulla düzəldilmiş qumbara atılıb.

Hadisə nəticəsində yoldan keçən İbrahim A. adlı bir nəfər yaralanıb. Yaralı təcili yardımla xəstəxanaya çatdırılıb.

Polis partlayışla bağlı araşdırmalara başlayıb. Bölgəyə başqa partlayıcının qoyulub-qoyulmadığı araşdırılır. Polis gücləndirilmiş iş rejiminə keçib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm