Jirinovski BBC-yə cavab üçün təklif verdi
Bizi izləyin

Dünya

Jirinovski BBC-yə cavab üçün təklif verdi

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Britaniyanın BBC telekanalının son filminə cavab verməyi təklif edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, partiya sədri “Üçüncü Dünya Müharibəsi: Nəzarət məntəqəsində" (World War Three: Inside the War Room) filminə cavab olaraq təbliğat nazirliyinin yaradılmasını təklif edib.

Siyasətçinin fikrincə, yaradılacaq nazirlik təbliğat xarakterli filmlər və serialların çəkilişinə diqqəti artırmalıdır. Jirinovski qeyd edib ki, yayım məsələsi ilə telekanallar və internet-KİV-lər məşğul olmalıdır.

“Biz hərəkətə keçməli və göstərməliyik ki, Qərb təxribatlar hazırlayaraq vəziyyəti kəskinləşdirməyə çalışır. Hələ Maydan hadisələrinin başlanmasına qədər biz film çəkə bilərdik ki, orada ukraynalıları necə emal edirlər”, - Liberal Demokratik Partiyasının lideri bildirib.

Qeyd edək ki, BBC televiziya şirkəti III Dünya Müharibəsinin ehtimal edilən ssenarisi haqqında film nümayiş etdirib. “Üçüncü Dünya Müharibəsi: Nəzarət məntəqəsində” adlı filmdə Rusiya və NATO arasında potensial müharibənin ssenarisi göstərilir. Nüvə qarşıdurması Baltikyanı ölkələrin ərazisində başlanır.

Film Ukraynanın şərqindəki hadisələrin gedişatını göstərən süjet üzrə çəkilib. Rusiyayönlü üsyançılar Latviyanın Dauqavpils şəhərini tuturlar və Amerika-Britaniya koalisiyasının müdaxiləsindən sonra dünya genişmiqyaslı nüvə müharibəsi həddinə gəlir. Hadisələr Böyük Britaniya Silahlı Qüvvələrinin nəzarət məntəqəsindən izlənilir. Filmin baş qəhrəmanları rollarında ölkənin keçmiş yüksək vəzifəli rəhbərləri oynayır. Onlar NATO-nun Avropadakı güclərinin keçmiş komandanı Riçard Şireff, Britaniya parlamentinin kəşfiyyat komitəsinin üzvü Nevill-Cons və Kral Hərbi-Dəniz Qüvvələrinin admiralı Lord Uestdir.

Uydurulmuş münaqişə Estoniyada – II Dünya Müharibəsi zamanı həlak olmuş sovet döyüşçülərinin yad edilməsi üçün keçirilən aksiyası zamanı başlayır. Tallində nümayişçilər qrupuna bir neçə maskalı şəxs hücum edir. Bundan sonra qarşıdurmalar ölkənin digər hissələrinə, həmçinin qonşu Latviyaya keçir. Burada mitinqlərdə iştirak etmiş rusdilli sakinlər həbs edilir. Bundan sonra, Dauqavpilsdə rusdilli icmanın üzvləri şəhər administrasiyasının binasını tuturlar və onun fasadından Avropa Birliyi ilə Latviyanın bayraqlarını götürürlər, əvəzində isə qırmızı bayrağını asırlar.

Sonda bəşəriyyəti Britaniya nazirlər kabinetinin üzvləri xilas edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm