Boşanmaq istəmədi, 9 nəfəri öldürdü
Bizi izləyin

Dünya

Boşanmaq istəmədi, 9 nəfəri öldürdü

Türkiyənin Qaziantep şəhərində həyat yoldaşından boşanmaq istəməyən bir kişi 9 nəfəri öldürüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Düztəpə məhəlləsində baş verib.

İddiaya görə, Yusuf Taş 6 aydır ayrı yaşadığı həyat yoldaşı ilə danışmaq üçün qadının müvəqqəti yaşadığı evə - xalasıgilə gedib. Həyat yoldaşı ilə mübahisə edən Yusuf Taş özü ilə gətirdiyi pnevmatik tüfənglə evdəkilərə atəş açıb. Tuba Taş, onun 39 yaşındakı xalası Şenel Çaxmak və 16 yaşındakı Əhməd Çaxmak hadisə yerində həyatını itirib. Ağır yaralanan 23 yaşındakı Duran Taş isə xəstəxanada dünyasını dəyişib.

Hadisə yerindən qaçan Yusuf Taş bundan sonra şəhər mərkəzinin 6 kilometrliyində yerləşən Sam məhəlləsində soyadları Taş olan daha 5 nəfəri öldürüb.

Polis 9 nəfəri öldürən və 2 nəfəri yaralayan Yusuf Taşın tutulması üçün əməliyyata başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm