ABŞ-da qaradərili ayı – FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da qaradərili ayı – FOTOLAR

Fevral ABŞ-da qaradərili insanların tarixi ayı kimi qeyd olunur.

Publika.az xəbər verir ki, bununla bağlı artıq ölkədə Afrika əsilli amerikalıların mühüm töhfələrinin tanıdılması yönündə müxtəlif tədbirlərə start verilib. ABŞ-da elm, idman, əyləncə, biznes, müdafiə və bir sıra digər sahələrdə böyük töhfələr vermiş qaradərili amerikalıların təbliğinə başlanılıb. Onlardan biri Cessi Ovensdir. Bu qaradərili amerikalı tanınmış atlet olmaqla yanaşı, Berlin Olimpiya oyunlarında dörd qızıl medal qazanaraq dünyanı heyrətləndirən idmançı kimi tanınır.

Bu atlet bir zamanlar “Associated Press”in keçirdiyi sorğu nəticəsində əsrin birinci yarısında ən möhtəşəm yüngül atletika ulduzu seçilib. Amerika Birləşmiş Ştatlarının Atletika Təşkilatı tərəfindən Cessi Ovensin xatirəsinə həsr olunmuş mükafat yaradılıb və bu mükafat hazırda ölkənin ən yüksək nəticələr əldə edən atletlərinə verilir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm