Kremldən Putinlə Ərdoğanın görüşü barədə AÇIQLAMA
Bizi izləyin

Dünya

Kremldən Putinlə Ərdoğanın görüşü barədə AÇIQLAMA

Rusiya prezidenti mətbuat katibi Dmitri Peskov prezident Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mümkün görüşünü şərh edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Dmitri Peskov prezidentlər arasında heç bir görüşün planlaşdırılmadığını deyib.

“Hər hansı görüşün planlaşdırıldığı barədə mənə heç nə məlum deyil”, - Peskov əlavə edib.

Putinin mətbuat katibi fevralın 1-də bildirib ki, Putin onunla görüşmək istəyən Ərdoğanın arzusundan xəbərdardır. Amma Kremlin nümayəndəsi Rusiya prezidentinin reaksiyasından danışmayıb.

Türkiyə prezidenti Rusiya prezidenti ilə görüşmək arzusunu dəfələrlə ifadə edib. Ancaq 17 dekabr 2015-ci ildə Vladimir Putin illik mətbuat konfransında bildirib ki, Türkiyə ilə münasibətləri qaydaya salmaq üçün heç bir səbəb görmür. “Təcrübə göstərdi ki, mövcud türk rəhbərliyi ilə bizim razılaşmağımız çətindir, praktik olaraq mümkün deyil”, - Putin vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm