T-90A-lar Hələb döyüşlərində - VİDEO
Bizi izləyin

Dünya

T-90A-lar Hələb döyüşlərində - VİDEO

Suriya dövlət televiziyası Hələbdə gedən son döyüşlərdən videoyazı nümayiş etdirib.

 

Publika.az xəbər verir ki, videoyazıda Suriya ordusunun Rusiya istehsalı olan T-90A tanklarından istifadə etdiyi görünür.

 

T-72B və T-90-ların ilkin modellərin tökmə qalalarından vizual fərqlənən qaynaq olunmuş qala T-90A tankının əsas xarici əlamətidir.

 

Qeyd edək ki, 3 gün əvvəl "Hərbi informator" portalı Bəşər Əsəd güclərinin Suriyanın Hələb vilayətində apardığı əməliyyatlarda Rusiyadan hərbi dəstək kimi aldığı 15 ədəd T-90 tankından istifadə etdiyini yazıb. Portalın məlumatına görə, Rusiya tanklarını Suriya ordusunun elit bölmələri alıb. Bu bölmələr hazırda Hələb vilayətində Rusiyanın hava güclərinin dəstəyi ilə müxalifət qüvvələri və İŞİD-ə qarşı döyüşürlər.

 

T-90 tankarının ekipajları Suriyanın quru qoşunlarının hərbi qulluqçularından ibarətdir. Onlar adətən T-72 tanklarının istismar təcrübəsinə malikdirlər və T-90-ların istifadəsi üçün əlavə kurslardan keçiblər. Portal həmçinin bildirir ki, T-90 tanklarının vurulması üçün İŞİD döyüşçülərinə böyük mükafat təyin edib.

 

Məlumata görə, T-90 tankları ilk dəfə 2015-ci ilin noyabr ayının sonunda Hələbdə görünüb.

 

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm