• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

İranın ana dili qadağası...

  • Dünya
  • 6 Fevral 2016 02:13
  • 983 Baxış
İranın ana dili qadağası...

“İranda 1 milyon 366 min savadsız vətəndaş var. Bu İran əhalisinin 3 faizi deməkdir və ölkə əhalisinin 97 faizinin savadlı olduğunu göstərir”.

Publika.az xəbər verir ki, bunu İranın Təhsil nazirinin müavini Əli Bağırzadə deyib.

O, bildirib ki, savadsızlıq səviyyəsi Sistan-Bəluçistan, Kürdistan və Qərbi Azərbaycanda yüksək səviyyədədir: “2016-ci ilin statistikasına görə, ölkədə 10-49 yaş arası 3 milyon 456 min nəfər savadsız olub. Onlardan 400 min nəfəri xarici vətəndaşdır və 380 min nəfərinin şəxsiyyət vəsiqəsi olmadığına görə dəqiq araşdırılmayıb. 4 il müddətində savadsız hesab edilən vətəndaşların bir çoxu artıq ibtidai təhsil alır”.

Qeyd edək ki, savadsızlıq səviyyəsinin çox olduğu Sistan-Bəluçistan, Kürdistan və Qərbi Azərbaycan vilayətləri qeyri-fars millətlərinə aiddir və bu o deməkdir ki, savadsızlıq səviyyəsinin bu bölgələrdə yüksək olması ana dildə təhsilə qoyulan qadağa ilə əlaqədardır.

Məryəm

Xəbər lenti

DAHA ÇOX XƏBƏR