İran dollarla neft satan deyil
Bizi izləyin

Dünya

İran dollarla neft satan deyil

İran neft ticarətində dollardan imtina etmək niyyətindədir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə agentliyin İranın Milli Neft Şirkətindəki həmsöhbəti bildirib.

Bəzi şirkətlərlə sazişlər avro ilə həyata keçiriləcək. Artıq Fransanın “Total” və “Litasco”, həmçinin İspaniyanın “Cepsa” korporasiyaları ilə hesablamaların Avropa valyutası ilə aparılması razılaşdırılıb.

Mənbə qeyd edib ki, Tehran dollardan asılılığı azaltmaq istəyir. Onun sözlərinə görə, avro ilə neft ticarəti haqqında qərar hələ İranın beynəlxalq sanksiyaların altında olduğu dövrdə qəbul edilib.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları yanvarın 17-də ləğv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm