TƏHLÜKƏ: Yerə asteroid yaxınlaşır
Bizi izləyin

Dünya

TƏHLÜKƏ: Yerə asteroid yaxınlaşır

TX68 asteroidi Yer kürəsinə yaxın məsafədən keçəcək. Asteroidin yerlə toqquşma ehtimalı minimaldır.

Publika.az xəbər verir ki, bu ilin martında həcmi kosmik ölçülərlə müqayisədə kiçik olan asteroid planetimizdən bundan əvvəl qeydə alınmışlarla müqayisədə daha yaxın məsafədən keçəcək.

Qeyd edək ki, sözügedən cisim bir neçə il öncə Yer kürəsinin yaxınlığından iki milyon kilometr aralıdan keçib. Bu dəfə isə kosmik obyektin Yer kürəsiylə yaxınlaşma məsafəsi 17,7 min kilometr (11 min mil) təşkil edəcək.

Sıra nömrəsi TX68 olan asteroid 2013-cü ildə qeydə alınıb. Perigey nöqtəsi cari ilin 5 mart tarixinə təsadüf edəcək kosmik obyektin ölçüləri 21‒52 metr, kütləsi isə təqribən 37 min ton təşkil edir. Asteroidin Yer kürəsinə qədər olan dəqiq məsafəsi hələlik məlum deyil. Hazırda NASA-nın astrodinamika sahəsindəki mütəxəssisləri bu hesablamalar üzərində işləyirlər.

NASA-nın Yerətrafı orbitdəki obyektlərin tədqiqi departamentindən (Near Earth Objects, NEOs) olan alimlər TX68 asteroidinin Yer kürəsinə nə dərəcədə təhlükə törətməyəcəyini öyrənirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm