Çingiz xanın məzarı tapıldı - VİDEO
Bizi izləyin

Dünya

Çingiz xanın məzarı tapıldı - VİDEO

Görkəmli Monqol hökmdarı və sərkərdəsi Çingiz xanın məzarı tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ingilis araşdırmaçı jurnalist Robin Akroyd bildirib.

Akroyd “Çingiz xanın müqəddəs türbəsi və gizli xəzinə” adlı kitabında Çingiz xanın məzarının Şimali Monqolustanda hündür bir dağda olduğunu qeyd edib. O, Çingiz xan və nəvəsinin məzarının eyni yerdə olduğunu bildirib. Kitabda Çingiz xanın Çində öldüyü, cəsədinin əsgərləri tərəfindən ölkəsinə gətirilərək bir dağın təpəsində dəfn edildiyi deyilir.

Jurnalist-araşdırmaçı məzarın bir dağın təpəsində olmasının monqol ənənələrinə görə də uyğun gəldiyini bildirib.

Qeyd edək ki, 1227-ci ildə 65 yaşında öldüyü deyilən Çingiz xanın məzarını indiyə kimi tapmaq mümkün olmayıb. Rəvayətlərə görə, Çingiz xan qiymətli əşyaları ilə birlikdə dəfn olunduqdan sonra minlərlə at məzar yerini itirmək üçün onu tapdalayıb. Daha sonra isə dəfndə iştirak edən 2 min əsgər başqa bir hərbi birlik tərəfindən qılıncdan keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm