Yaponiyada vulkan püskürdü – VİDEO
Bizi izləyin

Dünya

Yaponiyada vulkan püskürdü – VİDEO

Yaponiyanın cənubunda yerləşən Kaqosima vilayətindəki Sakuradzima vulkanı püskürməyə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya hökumətinin yanında təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

“Kyodo” agentliyinin məlumatına görə, hazırda zərər çəkənlər yoxdur.

Yaponiya Meteorologiya agentliyi təhlükəlilik dərəcəsini beş ballıq sistem üzrə ikinci səviyyədən üçüncü səviyyəyə yüksəldib. Dördüncü səviyyə təxliyyəyə hazırlaşmaq ehtiyacını ifadə edir. Sonuncu – beşinci səviyyədə isə əhali təxliyyə edilir.

Sakuradzima vulkanının 50 kilometrliyində Senday Atom Elektrik Stansiyası yerləşir. Stansiyanın iki enerji bloku keçən il yenidən işə salınıb.

Sakuradzima vulkanı Yaponiyada ən aktiv vulkanlardan biri hesab edilir. Vulkanda ən güclü püskürmə 1914-cü ildə olub. Həmin vaxt 35 insan həyatını itirib. Sonuncu püskürmə isə 18 avqust 2013-cü ildə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm