“Neft qiymətlərinin azalması Rusiyada...”
Bizi izləyin

Dünya

“Neft qiymətlərinin azalması Rusiyada...”

“Rusiya hakimiyyəti neft qiymətlərinin azalması və etirazların baş vermə ehtimalına reaksiya verəcək”.

Publika.az xəbər verir ki, bunu Rusiya politoloqu Yekaterina Şulman Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində deyib.

Şulmanın fikrincə, neft və təbii qaz, həmçinin metallar kimi Rusiyanın əhəmiyyətli ixrac məhsullarının qiymətinin azalması “siyasi sistemin ən zəngin və nüfuzlu hissəsi”olan məmur aparatına təsir edəcək. Politoloq qeyd edir ki, indiki vəziyyətdə “yaxşı kökəldilmiş aparat”ı artıq saxlamaq olmaz.

Amma o, həmçinin iddia edir ki, “yaxşı kökəldilmiş aparat”ın ixtisarı ölkə daxilində müxtəlif münaqişələrin kəskinləşməsinə gətirib çıxaracaq. Yekaterina Şulman hesab edir ki, Kreml cəmiyyətin birliyinə yalnız pul sayəsində nail olur: “Bizim siyasi sistemimiz yalnız bu mexanizm sayəsində işləyir. Hakimiyyətə loyallığın alınması üçün pul lazım olacaq. Bu nümunələrdən biri Çeçenistan Respublikasıdır. Çeçen rəhbərliyinin son böyük aksiyaları dotasiyaları qorumaq üçün Qroznının müvəffəqiyyətli cəhdidir. Axı hazırda büdcənin yenidən sayılması məsələsi ortaya çıxıb və Çeçenistan Respublikası pulu itirmək istəmir”.

Politoloq qeyd edib ki, dövlət büdcəyə daxilolmaların yeni mənbələrini axtarır: “Bir halda ki, köhnə sistem daha işləmir. Və yeni sistemin hədəfi yalnız vətəndaşlar ola bilər. Dövlət yeni rüsumları və vergiləri tətbiq edəcək, artıq mövcud olanları yüksəldəcək, həmçinin pulsuz xidmətləri dayandıracaq, cərimələr artırılacaq. Bütün bunlardan isə ən çox şəhər əhalisi zərər çəkəcək. Nəticədə bir müddətdən sonra insanlar şikayət etməyə başlayacaqlar ki, pulu onların ciblərindən aparırlar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm