Suriyaya 150 minlik qoşun girir – BÖYÜK MÜHARİBƏ
Bizi izləyin

Dünya

Suriyaya 150 minlik qoşun girir – BÖYÜK MÜHARİBƏ

Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqləri “İslam dövləti” (İŞİD) qruplaşmasına qarşı Suriyada keçiriləcək mümkün əməliyyata 150 min hərbi qulluqçu ilə hazırlaşırlar.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalına Ər-Riyaddakı mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, hazırlıq proqramları Səudiyyənin ərazisində həyata keçirilir və proqramlarda Misir, Sudan və İordaniya hərbçiləri də iştirak edirlər.

Mənbələr qeyd ediblər ki, quru əməliyyatları ilə bağlı yekun qərar gələn həftə NATO-nun Brüssel sammitində qəbul edilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm