Türk “Terminator”lardan PKK-ya ağır zərbə - FOTOLAR
Bizi izləyin

Dünya

Türk “Terminator”lardan PKK-ya ağır zərbə - FOTOLAR

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus çox sayda “F-4E 2020” (“Terminator”) və “F-16” “Savaşan şahinlər” döyüş təyyarələri İraqın Gara və Hakuruk bölgələrində yerləşən PKK düşərgələrini bombalayıb.

Publika.az xəbər verir ki, Türkiyənin Baş Qərargah rəisinin Komandanlığından verilən açıqlamaya görə, bombardman nəticəsində bütün hədəflər vurulub. Belə ki, Türkiyə Hərbi Hava Qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində PKK-ya məxsus yanacaq anbarı məhv edilib.

Türk qırıcılarına havadan pilotsuz “Boeing E-7T” kəşfiyyat xəbər ötürücü və “KC-135R” havadan yanacaq dolduran hərbi təyyarələr yaxından dəstək veriblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm