Rusiya ŞOKDA - NATO şərq cəbhəsində qoşunlarını artırır
Bizi izləyin

Dünya

Rusiya ŞOKDA - NATO şərq cəbhəsində qoşunlarını artırır

NATO şərq cinahında qoşunlarının sayının artırılmasını planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə NATO və ABŞ nümayəndələrinə istinadən “The Wall Street Journal” nəşri bildirib.

NATO güclərinin Litva, Latviya, Estoniya və Polşada artırılması planlaşdırılır. Amma ittifaq Varşavanın xahişlərinə baxmayaraq, Polşada daimi hərbi bazalarını yerləşdirmək niyyətində deyil.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, qərar gələn həftə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında qəbul ediləcək. Qoşunların dəqiq miqdarı və hansı ölkələrdə nə qədər hərbçinin yerləşdirilməsi məsələləri isə daha sonra həllini tapacaq.

Rusiya isə dəfələrlə bildirib ki, NATO-nun şərq cəbhəsində istənilən güclənməsi onun təhlükəsizliyi üçün ciddi təhlükədir. Rusiya NATO-nun fəallığının artmasına cavab kimi bu cəbhədə dörd yeni diviziyanı yaratmağı planlaşdırır.

Ötən həftə ABŞ-ın müdafiə naziri Eşton Karter ABŞ-ın Avropadakı hərbi planları haqqında danışıb. Onun sözlərinə görə, ABŞ Avropadakı hərbi investisiyaları 4 dəfə - 800 milyon dollardan 3,4 milyard dollara qədər artırmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm