Vəhşiliyin əsl üzü: məhbusların dəhşətli işgəncə FOTOLARI
Bizi izləyin

Dünya

Vəhşiliyin əsl üzü: məhbusların dəhşətli işgəncə FOTOLARI

Pentaqon İraq, Əfqanıstan və Quantanamonun hərbi həbsxanalarında işgəncələrə məruz qalmış məhbusların fotolarını yayımlayıb.

Publika.az “Reyter”ə istinadən xəbər verir ki, ABŞ-ın müdafiə naziri Eşton Karter fotolara baxaraq yalnız 198-nin yayımlanmasına göstəriş verib.

198 foto Amerika əsgərlərinin bədənlərdə yaralar və kəsiklər olan məhbuslarla qəddar rəftarına şahidlik edir. Vətəndaş azadlıqlarının müdafiəsi ilə məşğul olan Amerika İttifaqı Təşkilatının əməkdaşlarının 10 illik səyi nəticəsində gizli saxlanılan bu şəkillərin açılmasına nail olunub. Onlar iddia edirlər ki, idarədə ümumilikdə təxminən iki min belə şəkil var.

Fotoların əksəriyyəti 2004-2006-cı illərdə çəkilib.

Pentaqonda bildiriblər ki, artıq bir neçə Amerika hərbçisi məhbusların zorakılıqda təqsirli bilinərək ömürlük həbsə məhkum edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm