Saakaşvili: “Onları siyasətdən silmək lazımdır”
Bizi izləyin

Dünya

Saakaşvili: “Onları siyasətdən silmək lazımdır”

Ukraynanın Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə daha bir məmurun münasibətləri pisləşib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir kii, Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu baş prokuror Viktor Şokini istefaya göndərməyə çağırıb.

Saakaşvili həmçinin Poroşenkodan hökumətin yenidən formalaşdırılmasını istəyib: “Düşünürəm ki, Poroşenko vəziyyəti təhlil etməli və ölkənin maraqlarına əsaslanaraq qərar verməlidir”.

O, əlavə etdi ki, ölkənin baş naziri Arseniy Yasenyukla ictimai müzakirələrə hazırdır.

“Baş prokurorun əvəzlənməsi birmənalıdır. Elə insanlar var ki, onları siyasətdən silmək lazımdır. Bizneslə siyasəti ayırmaq lazımdır ki, ölkə inkişaf etsin. Ukrayna hazırda biznesin azadlığı üzrə dünyada 162 yerdədir. Mənim rəhbərliyim dövründə Gürcüstan 22-ci yerdə idi”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, ötən həftə Ukraynanın əslən litvalı olan iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus istefa verib. O, qərarını ölkədə əhəmiyyətli islahatların kəskin bloklanması ilə izah edib. Ayvaras Abromaviçus daha əvvəllər bildirib ki, Ukraynada islahatlar siyasi təzyiq və korrupsiya sxemlərinin mövcudluğuna görə kifayət qədər sürətlə getmir. O, 2014-cü ilin dekabrında ölkənin maliyyə durumunu faktiki müflislik kimi xarakterizə edib.

Saakaşvili Ayvaras Abromaviçusu dəstəkləyən bəyanatla çıxış edib və onun fikirlərinə tərəfdar çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm