Ərdoğandan Qərbə SƏRT İTTİHAM: “Bunların hamısı...” - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğandan Qərbə SƏRT İTTİHAM: “Bunların hamısı...” - VİDEO

“Dünya ölkələri davranışlarını terror təşkilatlarının hərəkətlərinə baxaraq formalaşdırır”.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Turizm Forumunun bağlanış mərasimində etdiyi çıxışında deyib.

Türkiyə prezidenti Qərbin PKK terror təşkilatına dəstək verdiyini bildirib: “Yalnız PKK ilə olan mübarizəmiz 35 ildir davam edir. ”Qırmızı bülleten”lə axtarılan şəxslər illərlə Qərb ölkələrində gizlənir. Sabancı sui-qəsdinə görə axtarılan şəxs illərlə bu ölkələrdən birində gizləndi və 20 il sonra tutuldu. Bu işlər böyük səbr tələb edir. Türkiyənin tələbləri böyük susqunluqla qarşılanır. PKK-dan ələ keçirdiyimiz silahlara baxın. Hamısı Qərb ölkələrinin silahlarıdır”.

Ərdoğan Türkiyənin terror təşkilatlarına qarşı münasibətdə Qərb kimi heç bir zaman ayrı-seçkilik etmədiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm